Azedu.az

“Kenquru” riyaziyyat müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə

Şagirdlər

26 Fevral 2026, 17:10
“Kenquru” riyaziyyat müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə

12 aprel 2026-cı il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək.

AzEdu.az xəbər verir ki, müsabiqənin qeydiyyatı 4 fevral 2026-cı ildən etibarən aktiv olub, 3 aprel tarixinə qədər davam edəcək. Müsabiqədə iştirak etmək istəyən şagirdlər //kenquru-2026.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

* Müsabiqə 2 mərhələdən ibarət olacaq.

* Müsabiqədə iştirak edən bütün şagirdlərə elektron formada iştirakçı sertifikatı təqdim ediləcək.

* Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10% şagirdə elektron formada diplom təqdim ediləcək.

* Hər sinif üzrə 18 nəfər (3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) şagird qalib elan ediləcək.

* Birinci mərhələdə ən yaxşı nəticə göstərən 5% şagird final mərhələsinə vəsiqə qazanacaq.


Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək.

Müsabiqədə iştirak ödənişlidir. Şagirdlər yuxarıda qeyd edilən sayt vasitəsilə qeydiyyatdan keçməli və buraxılış vərəqəsini çap etməlidir.

Uzun illərdir ki, ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagird üçün riyaziyyat fənni üzrə biliklərini yoxlama imkanı yaradılır. Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.

Qeyd edək ki, sözügedən müsabiqə hər il dünyanın 80-dən çox ölkəsində “Həll edirik, öyrənirik, əylənirik” şüarı altında təşkil olunur.

Televiziyalarda yeni dövr - Kimlər efirlərdən qovulacaq?
Son xəbərlərDaha çox