“Süni intellekt artıq ən ağıllı şagirdə çevrilir”.
AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransın açılışında səsləndirib.
O qeyd edib ki, təhsilin məqsədi artıq yalnız öyrənmək və öyrətməklə məhdudlaşmır:
“Təhsilin məqsədi artıq öyrənmək və öyrətməkdir. İnanıram ki, bu konfrans təkcə bilik mübadiləsi ilə yekunlaşmayacaq. Mütərəqqi təhsil sistemini olduğu kimi kopyalamaq mümkün deyil.
Təhsil modelləri bir ölkədən digərinə ciddi şəkildə fərqlənir. Təhsildə keyfiyyət amili mütləq tamamlanmalı və qorunmalıdır. Bu sahədə islahatlar hazırlamaq isə heç vaxt asan olmur. Azərbaycan məktəbi inkişaf üçün böyük potensiala malikdir”.