Azedu.az

LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib

Rubrika

Universitetlər

17 Yanvar 2026, 11:15
LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib

Lənkəran Dövlət Universitetində Elmi şuranın 2026-cı ildə keçirilən ilk iclasını şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb.

Bu barədə AzEdu.az-a LDU-dan məlumat verilib.

Prof. Natiq İbrahimov iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdikdən sonra bildirib ki, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin Sərəncamı ilə kollecin bir qrup müəllimi mükafatlandırılıb. İlqar Əliyev, Firuzə Abışova, Qətilə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanına, Zəminə Əliyeva, Nigar Cəfərova, Günel Abdullayeva, Kəmalə Axundova, İlahə Əyyubova “Fəxri-fərman”a layiq görülüblər.

Həmçinin Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib. Prof. Natiq İbrahimov təltif olunanlara mükafatları təqdim edərək xoş arzularını bildirib.

Elmi şuranın müzakirəsinə çıxarılan ilk məsələ “Tədris sahəsində görülmüş işlərin hesabatı”nın dinlənilməsi olub. Bu barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib.

Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev “Elmi-pedaqoji potensialın inkişafı” ilə bağlı hesabatı təqdim edib. Dos. Elvin Əliyev eyni zamanda “Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin hesabatı” ilə də çıxış edib.

LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov universitetdə sosial məsələlər, təlim-tərbiyə sahəsində görülmüş işlər barədə məlumat verib.

Lənkəran Dövlət Universitetində professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndiriməsinə əsaslanan diferensial əmək haqqı sisteminin tətbiqi haqqinda Baş elmi katib dos. Allahşükür Quliyev danışıb. Dos. Allahşükür Quliyev Elmi şura üzvlərini “Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən vakant olan yerlərə seçkilərin keçirilməsinin nəticələri ilə tanış edib. Elmi şurada gizli səsvermə yolu ilə vakant yerlərə namizədlər seçilib.

Şura iclasında cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olunub.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox