Azedu.az

Azərbaycanda rezidenturaya qəbul digər ölkələrdən daha ÇƏTİNDİR

Rezidentura

27 Noyabr 2025, 09:03
Azərbaycanda rezidenturaya qəbul digər ölkələrdən daha ÇƏTİNDİR

Son illərdə ölkədə tibbi kadrların hazırlanması istiqamətində ciddi islahatlar aparılır. Bu prosesin vacib mərhələlərindən biri də rezidentura təhsilidir. Lakin zaman-zaman bu sahə ilə bağlı narahatlıqlar gündəmə gəlir.

Əsas narahatlıqlardan biri rezidentura imtahanlarının çox çətin olması, hazırlıq imkanlarının məhdudluğu və qiymətləndirmə sistemində şəffaflıqla bağlı sualların mövcudluğudur. Tibb sahəsində ixtisaslaşmanın böyük əhəmiyyət daşıdığı bir şəraitdə, bu problemlərin səbəbləri və mümkün həll yolları aktuallaşır.

Maraqlıdır, rezidentura imtahanlarının bu qədər çətin olması tibbi kadrların keyfiyyətinə necə təsir göstərir? İmtahan suallarının səviyyəsi və məzmunu real tibbi biliklərlə nə dərəcədə uzlaşır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən tibbi ekspert Rasif Bağırov bildirib ki, rezidentura təhsil pilləsinin müddəti bir qədər çoxdur:

“Lakin rezidenturaya qəbul məsələsi doğrudan da çox çətindir. Məsələn, biz araşdırmışıq ki, Azərbaycanda rezidenturaya qəbul olmaq Türkiyədə uzmanlığa qəbul üçün verilən imtahandan qat-qat ağırdır. Əslində əlavə və lazımsız imtahanların tətbiq edilərək tələbələrin əziyyətə salınmasının heç bir mənası yoxdur.

Öz ixtisası üzrə bütün imtahanları versələr, orada ciddi problem yaşanmır. Lakin imtahanı verməkdə tələbələr çətinlik çəkirlər. Buna görə düşünürəm ki, imtahanlar asanlaşdırılmalıdır. Həmçinin rezidenturanı bitirən tələbələr mütləq işlə təmin olunmalıdır. Bəzən elə olur ki, rezidenturanı bitirən şəxs işləmək üçün yenidən imtahan verməli olur.

Əgər bu qədər əziyyət çəkib oxuyubsa və həkimlər də təsdiqləyirsə ki, həmin şəxs bu ixtisas üzrə rezidenturanı bitirib, o zaman bu adam işlə təmin olunmalıdır. Onsuz da ömrü imtahanlarla keçir. Bu qədər imtahan vermək mümkün deyil axı. Ona görə də mütləq bu kimi amillər nəzərə alınmalıdır”.

Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı
Son xəbərlərDaha çox