Azedu.az

Kimlər təhsilalanların rəğbətini qazanıb? - tələbələrin “sevimli rektorlar”ı

Rektorlar

5 Noyabr 2025, 12:59
Kimlər təhsilalanların rəğbətini qazanıb? - tələbələrin “sevimli rektorlar”ı

Təhsil müəssisəsinin uğuru yalnız akademik nəticələrlə ölçülmür. Universitetdə formalaşan mühit, rəhbərliyin tələbələrə münasibəti və onlarla qurulan ünsiyyət də tədris prosesinin ayrılmaz hissəsidir. Son illərdə bir çox rektorlar tələbələrlə açıq dialoq quran, onları dinləyən və universitetdə ailə ab-havası yaradan rəhbərlik tərzləri ilə seçilirlər. Bu səmimi münasibət tələbələrdə hörmət və inamı daha da gücləndirir.

AzEdu.az Təhsil Portalı bu dəfə tələbələrin “sevimli rektorları”nı araşdırıb.

Yazımızda tələbələri ilə səmimi münasibət quran, rəsmi çərçivədən kənara çıxaraq dost kimi davranan universitet rəhbərlərinin tələbələrlə olan fotolarını təqdim edirik.

Araşdırmamıza Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovdan başlayırıq.

O, tələbələr və BANM-lə əlaqəli lisey şagirdləri ilə səmimi ünsiyyəti, yaxın münasibəti və açıq davranışı ilə seçilir.

171841

171856

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev də tələbələrlə səmimi ünsiyyət yaradan rektorlardandır. 

171857

171858

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov tələbələrinin rəğbətini qazananlardandır. 

171859

Qarabağ Universitetinin rektoru Şahin Bayramov da tələbələrin sevimli rektorları sırasında yer alır. 

171861

Bu yazıda adı çəkilən rektorların fəaliyyəti göstərir ki, rəhbərlik və tələbə arasında açıq əlaqə universitetin uğuruna gedən yolda ən güclü körpüdür.

TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?
Son xəbərlərDaha çox