Azedu.az

Hansı rektor daha çox dil BİLİR? - SORĞU

Rektorlar

3 Noyabr 2025, 11:53
Hansı rektor daha çox dil BİLİR? - SORĞU

Ölkəmizdə ali təhsil müəssisələrinin rektorlarının dil bilikləri onların idarəetmə üslubuna, universitetin beynəlxalq əlaqələrinə və akademik fəaliyyətinə əhəmiyyətli təsir göstərir. 

Bu mövzu ilə bağlı AzEdu.az universitetlər arasında sorğu keçirib.

Maraqlıdır, Azərbaycanda rektorlar neçə dil bilir?

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, rektor, Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor Ədalət Muradov ingilis, ukrayna və rus dilini bilir.

ADA Universitetindən məlumat verilib ki, rektor, azərbaycanlı diplomat və fizik, fizika-riyaziyyat elmləri doktoru, Hafiz Paşayev ingilis və rus dili biliyi var.

Bakı Avrasiya Universitetindən (BAAU) verilən məlumata əsasən, rektor, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov ingilis dilini mükəmməl, rus dilini isə yaxşı səviyyədə bilir.

Azərbaycan Texniki Universitetindən (AzTU) qeyd edilib ki, rektor, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev türk, ingilis və rus dillərini bilir.

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova söyləyib ki, rektor, Riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov türk, rus dillərini əla, ingilis dilində isə orta səviyyədə biliyə malikdir.

Azərbaycan Universitetinin (AU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ingilis, alman və rus dillərini bilir.

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, rektor, tarixi elmlər namizədi İlham Mədətov türk, rus dili, ərəb və ingilis dilini bilir.

Son olaraq Xəzər Universitetindən bildirilib ki, rektor Raziyə İsayeva ingilis, rus və türk dillərində danışa bilir.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox