Azedu.az

Novruzun sevinci, Ramazanın mənəviyyatı...- Rektorlardan bayram təbrikləri

Rektorlar

20 Mart 2026, 14:56
Novruzun sevinci, Ramazanın mənəviyyatı...- Rektorlardan bayram təbrikləri

Bu gün ölkəmizdə Ramazan və Novruz bayramı qeyd olunur. Bu münasibətlə ali təhsil müəssisələrinin rektorları sosial şəbəkə hesablarında bayram təbriklərini paylaşıblar. Onlar paylaşdıqları mesajlarda xoş arzularını çatdıraraq, hər kəsə sülh, bolluq və rifah diləyiblər.

AzEdu.az Təhsil Portalı rektorların həmin paylaşımlarını təqdim edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:

"Hörmətli UNEC Ailəsi - müəllimlər, əməkdaşlar, tələbələr və məzunlar!

Hər birinizi qədim, mənəvi və ümid dolu Novruz Bayramı və Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirəm! Keçmişin ağırlığının, hər birinizin həyatında “yanmalı olan” nə varsa, hamısının Novruz tonqalında yanmasını arzu edirəm.

Novruz bizə xatırladır ki, keçmişini bilməyən gələcəyini qura bilməz. Biz UNEC-in keçmişinə sahibləndik!

Novruz bizə mesaj verir ki, öz həyatınızın baharını özünüz yaradın. Arzu edirəm ki, hər birinizin həyatına bahar

gəlsin!Bir daha hər birinizi Novruz Bayramı və Ramazan Bayramı münasibətilə təbrik edirəm!

Bayramlarınız mübarək! Hər şey daha da yaxşı olacaq!".

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov:

"Müqəddəs Ramazan Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirik!

Bu bayram sizə sağlamlıq, bərəkət və xoş günlər gətirsin".

179962

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:

"Qarabağ Universiteti ailəsinin dəyərli üzvləri! Hörmətli əməkdaşlar! Əziz tələbələr!

Sizi birlik, bərabərlik və xeyirxahlıq rəmzi olan mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik!

Hər birinizə möhkəm cansağlığı və xoş günlər arzulayır, süfrələrinizə ruzi və bərəkət diləyirik!

Ramazan bayramını doğma Qarabağımızda qeyd etmək qürurvericidir! Allah oruc və dualarınızı qəbul etsin!".

179963

Bakı Slavyan Universitetinin rektoru (BSU) Anar Nağıyev:

"Hörmətli həmkarlar, əziz tələbələr və dəyərli dostlar!

Hər birinizi xalqımızın qədim bayramı olan Novruz bayramı və mənəvi paklığın rəmzi olan Ramazan bayramı münasibəti ilə təbrik edirəm! Hər birinizə xoşbəxtlik, könül rahatlığı, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram!

Sülh, əminamanlıq və inkişafın rəmzinə çevrilmiş Azərbaycan hər zaman qalib olsun. Bakıdan Xankəndiyə, Xocalıdan Lənkərana, Qusardan Sədərəyə, Şuşadan Şəkiyədək vətənimizin hər bir nöqtəsində qalanmış tonqallarımız gur, zəfərimizin təntənəsi əbədi, bayram əhval ruhiyyəmiz daimi olsun!

Novruz bayramınız və Ramazan bayramınız mübarək!".

Bakı Dövlət Universitetinin rektoru (BDU) Elçin Babayev:

"Ramazan bayramınız mübarək!".

179965

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Əminağa Sadıqov:179972

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova:

179978

 

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox