Azedu.az

Rektorlardan 20 Yanvar PAYLAŞIMI

Rektorlar

20 Yanvar 2026, 11:15
Rektorlardan 20 Yanvar PAYLAŞIMI

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ölkə üzrə ali təhsil müəssisələrinin rektorları bu qanlı hadisənin xalqımızın yaddaşında buraxdığı dərin izləri bir daha xatırladaraq paylaşım ediblər. Paylaşımlarda günahsız insanların qətlə yetirilməsi dərin hüznlə anılıb, şəhidlərin xatirəsinə ehtiram ifadə olunub.

AzEdu.az rektorların paylaşımını təqdim edir:

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov

"20 Yanvar - təkcə faciə deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, mübarizə ruhunun və müstəqillik yolundakı qətiyyətinin simvoludur.

Bütün şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik".

176290

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov

"MİLLƏT!".

176291

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) rektoru Rüfət Əzizov

"20 Yanvar Azərbaycan xalqının azadlıq, müstəqillik və milli iradə uğrunda mübarizəsinin şanlı səhifəsidir. Bu tarix xalqımızın dövlətçilik yolunda nümayiş etdirdiyi qətiyyəti, birlik və həmrəyliyi təcəssüm etdirir. Xalqımızın son yüzillik tarixində baş vermiş bir çox taleyüklü hadisələr kimi, bu faciə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən yan keçməmişdir.

- 20 Yanvar hadisələri zamanı universitetin 3 tələbəsi şəhid olmuşdur.

- 1990-cı il yanvarın 20-də universitetdə imtahanlar təxirə salınmış, tələbə və müəllim heyəti könüllü şəkildə qan vermək üçün xəstəxanalara üz tutmuşdur.

- Xəstəxanalarda ADNSU və digər universitet tələbələrinin uzun növbələri yaranmışdır.

20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

176292

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov

"Tarixi və onun dərslərini unutmarıq...".

176296

Qarabağ Universitetinin rektoru Şahin Bayramov

"20 Yanvar Ümumxalq Hüzn Günüdür!

Şəhidlərimizin əziz xatirəsini böyük hörmət və dərin ehtiramla anırıq!".

176302

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev

"Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

 Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev

"20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət olmaqla yanaşı, milli oyanışın, müstəqillik mübarizəsinin dönüş nöqtəsidir.

Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır".

176294

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev 

176295

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox