Azedu.az

Rektor: Sənaye problemlərin həlli üçün elmi maliyyələşdirməlidir

Rektorlar

8 Yanvar 2026, 12:04
Rektor: Sənaye problemlərin həlli üçün elmi maliyyələşdirməlidir

"Azərbaycanda elmin konsepsiyası digər ölkələrdən o qədər də fərqlənməməlidir. Elmin konsepsiyası əsasən elm, sənaye və təhsilin inteqrasiyasından ibarətdir. Ola bilsin ki, ölkələrin prioritetlərinə, iqtisadiyyatlarının xüsusiyyətlərinə uyğun olaraq müxtəlif komponentlərdə, müxtəlif sahələrdə müəyyən fərqliliklər ortaya çıxsın”.

AzEdu.az xəbər verir ki, bu fikirləri  Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov İctimai TV-nin “Diqqət Mərkəzi” verilişində səsləndirib.

O, bu inteqrasiyanın niyə vacib olduğunu da açıqlayıb: “İlk növbədə elm nəzəri biliklər yaradır, eyni zamanda sənayenin problemlərinin həlli ilə bağlı konkret işlər görməlidir. Yəni yaradılan nəzəri biliklərdən təhsil istifadə etməli, günün tələblərinə və əmək bazarının ehtiyaclarına uyğun kadrlar yetişdirməlidir ki, həmin kadrlar sənaye, xidmət sahəsi və cəmiyyət tərəfindən istifadə olunaraq müəyyən dəyər yaratsın. Burada əks əlaqə də mövcuddur. İqtisadiyyat nə qədər inkişaf etsə, orada nə qədər keyfiyyətli kadrlar formalaşsa, elm üçün bir o qədər yeni suallar yaranacaq. Bu suallar üzərində işləmək zərurəti meydana çıxacaq və sənaye həmin problemlərin həlli üçün elmi maliyyələşdirməlidir”.

Onun sözlərinə görə, məhz buna görə də ümumilikdə bu üçbucağın- elm, təhsil və sənayenin qurulması vacibdir:

“Bu istiqamətdə son dövrlərdə çox ciddi islahatlar aparılır. İlk olaraq diqqətçəkən məqam ondan ibarətdir ki, bu islahatlar sistemli, strukturlu və planlı şəkildə həyata keçirilir. İlkin mərhələdə biz elmin təhsillə inteqrasiyasını görürük. Artıq vurğulandığı kimi, Elm və Təhsil Nazirliyi yaradılıb, nazirlik yanında müxtəlif agentliklər formalaşdırılıb. Elm və Təhsil Nazirliyi daha çox elm və təhsil siyasətinin formalaşdırılması ilə məşğuldur, agentliklər isə əsasən inzibati və dəstək xarakterli funksiyaları icra edirlər”.

İranda GƏRGİNLİK ! Güneylilər ayağa qalxdı - Televiziya yandırılır
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox