Azedu.az

Rektorlar imtahanda tələbələrin yanında oldu

Rektorlar

7 Yanvar 2026, 11:20
Rektorlar imtahanda tələbələrin yanında oldu

Qış imtahan sessiyası universitetlərin həyatında yenidən gərgin, lakin məsuliyyətli günlərin startını verib. Bu dəfə imtahan auditoriyalarında təkcə tələbələrin həyəcanı deyil, həm də rəhbərliyin iştirakı diqqəti çəkir. Rektorların imtahan prosesini yaxından izləməsi tələbələrə verilən dəyərin göstəricisi kimi görünür və prosesə ciddi yanaşıldığını ortaya qoyur.

Rektorların auditoriyalarda olması tələbələr üçün həm psixoloji dəstək, həm də şəffaflığın təminatı təsiri yaradır. Bu mənzərə imtahan sessiyasını sadəcə akademik yoxlama deyil, həm də rəhbərlik-tələbə münasibətlərinin gücləndiyi bir dövr kimi təqdim edir.

Mingəçevir Dövlət Universitetində (MDU) qış imtahan sessiyası yanvarın 5-dən başlayıb.

İmtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir və eyni anda 350-dən çox tələbə iştirak edir. Gün ərzində baş tutacaq 3 sessiyada ümumilikdə 1050-dən çox tələbənin imtahanda iştirakı nəzərdə tutulub.

Cari sessiya ərzində ilk dəfə olaraq yazılı-elektron format tətbiq edilir ki, bu da qiymətləndirmədə şəffaflığı və effektivliyi artırır.

İmtahanların gedişatını izləmək üçün tələbələrlə daim ünsiyyətdə olan rektor Anar Eminov da prosesdə iştirak edib.

Rektorun tələbələrə göstərdiyi səmimi və xoş münasibət imtahan mühitində gərginlik yaratmaqdan çox rahat və inamlı atmosfer formalaşdırıb. Bu yanaşma tələbələrin öz biliklərini daha sərbəst şəkildə nümayiş etdirməsinə də şərait yaradıb.

175712

175711

Tələbələri imtahanda tək buraxmayan rektorlaran biri də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevdir. Rektorun tələbələrə imatahan zalında baş çəkməsi tələbələri sevindirib. 

BSU-da qış imatahan sessiyasında ümumilikdə 5703 tələbənin 1942 imtahanda iştirakı nəzərdə tutulub. 

175713

175714

Semestr imtahanlarına nəzarət edən rektorlardan biri də Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimovdur. Rektorun imtahandan əvvəl tələbələrlə görüşməsi əlavə gərginlik yaratmayıb, əksinə, onları motivasiya edib.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetində (LDU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına 29.12.2025-ci il tarixindən start verilib. İmtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 29.12.2025-ci il tarixdən 31.01.2026-cı il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I, III, V tədris ili qrupları üçün 12.01.2026-cı il tarixdən 17.01.2026-cı il tarixinədək, II, IV tədris ili qrupları üçün 26.01.2026-cı il tarixindən 31.01.2026-cı il tarixinədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilir.

175716

175718

Azərbaycan Dillər Universitetində (ADU) də qış imatahan sessiyası yanvarın 5-dən başlayıb. Sessiya ərzində bakalavriat səviyyəsində 531 qrup üzrə 7000-ə qədər, magistratura səviyyəsində isə 49 ixtisaslaşma üzrə 655 tələbə imtahan verəcək. 

ADU-nun rektoru Kamal Abdulla da tələbələri imatahnda tək buraxmayıb, onlara nəzər yetirib. 

175723175724

Bir sözlə, rektorlar tələbələrin yanında olmağa önəm verirlər.

Xameneiyə ŞOK XƏBƏRDARLIQ - Hazır ol, ö*ldürüləcəksən!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox