Azedu.az

Rektorlar yeni ili belə təbrik etdilər

Rektorlar

1 Yanvar 2026, 11:28
Rektorlar yeni ili belə təbrik etdilər

Artıq təqvim 2026-cı ili göstərir və ölkəmizdə bayram ab-havası hökm sürür. Rektorlar da öz sosial media hesablarında yeni il münasibətilə tələbələri və həmkarlarını təbrik ediblər. Onlar bu təbriklərdə səmimi arzularını ifadə ediblər.

AzEdu.az Təhsil Portalı rektorların paylaşımlarını təqdim edir. 

 

 Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:

"Əziz UNEC ailəsi!

Yola saldığımız 2025-ci il UNEC üçün adi bir təqvim ili olmadı. Bu il UNEC üçün zəhmətin qələbəyə çevrildiyi bir il oldu. UNEC 2025-ci ildə Cənubi Qafqazın və Azərbaycanın ən yaxşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin isə ən yaxşı 23 universitetindən biri oldu. UNEC artıq uğurun ünvanıdır. Hər biriniz bu uğurun müəllifisiniz! Bu uğur auditoriyalarda, laboratoriyalarda, otaqlarda, gecə yarılarına qədər davam edən səssiz əməyin içində formalaşdı.

Geridə qalan il biz birlikdə uğurla çalışdıq, birlikdə çətinliklərin öhdəsindən gəldik, birlikdə sevinməyə haqq qazandıq. Auditoriyalarda yanan işıqlar, gec saatlara qədər davam edən elmi axtarışlar, səhnə arxasında görünməyən fədakarlıqlar UNEC-in gücünü formalaşdırdı. Bu güc sizin zəhmətinizdən doğdu.

UNEC kollektivi sadəcə birlikdə işləyən insanlar deyil – ortaq məqsədə, ortaq dəyərlərə və böyük missiyaya xidmət edən bir ailədir. Bu ailənin hər üzvünün UNEC-in hər uğurunda payı var. UNEC kollektivi missiya daşıyır və universiteti inkişaf etdirən, onu dünyada tanıdan, tələbələrin taleyinə toxunan, gələcəyin təməlini atan insanlardır. UNEC-in hər uğurunda sizin adınız var. UNEC-in qazandığı hər nailiyyət sizin əməyinizin izi, sizin ürəyinizin səsidir. Qarşıdan gələn il bizdən daha böyük birlik, daha güclü iradə və daha iddialı hədəflər tələb edəcək. Bizi daha böyük hədəflər, daha iddialı layihələr və daha parlaq nailiyyətlər gözləyir. Əminəm ki, hər şey daha da yaxşı olacaq!

Ürəkdən arzu edirəm ki, Yeni 2026-cı İl hər birinizə möhkəm can sağlığı, xoşbəxtlik, daxili rahatlıq və yeni uğurlar gətirsin. Qoy yeni il UNEC üçün yeni zirvələrin, sizin üçün isə qürur ili olsun! Qoy yeni il UNEC ailəsinin hər üzvü üçün ümidlərin reallaşdığı, zəhmətin dəyər qazandığı bir il olsun!

Yeni iliniz mübarək, əziz UNEC ailəsi!"

175523

Qarabağ Universitetinin (QU) rektoru Şahin Bayramov:

"Qarabağ Universitetinin hörmətli əməkdaşları! Əziz tələbələrimiz! Dəyərli tərəfdaşlarımız!

Sizi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirik!

Siz, Möhtərəm Prezidentimiz tərəfindən yaradılan və sürətlə inkişaf etdirilən Qarabağ Universiteti ailəsinin üzvü olmaqla əsl həmrəylik nümayiş etdirirsiniz!

Uğurla başa vurduğumuz 2025-ci ildə Qarabağ Universitetinin əldə etdiyi bütün nailiyyətlərdə hər birinizin mühüm töhfəsi vardır!

Nümayiş etdirdiyiniz həmrəyliyə və verdiyiniz töhfələrə görə Sizə təşəkkür edirik!

2026-cı ildə peşəkar və şəxsi həyatınızda daha böyük uğurlar arzulayırıq!

Doğma Universitetimizin strateji hədəflərinə daha sürətlə çatmağa xidmət edən fədakər fəaliyyətinizdə hər birinizə yeni-yeni nailiyyətlər və tükənməz enerji diləyirik!

Sizinlə qürur duyuruq!

Bayramlarınız mübarək olsun!

Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!"

175526

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov:

"Əziz tələbələr, məzunlar, BANM ailəsi, dəyərli dostlar!

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edir, Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıram.

2025-ci il SOCAR-ın Bakı Ali Neft Məktəbi üçün böyük uğurlarla yadda qaldı. İl ərzində Ali Məktəbimiz yüksək intellektə malik, beynəlxalq standartlara uyğun kadr hazırlığı missiyasını uğurla davam etdirdi.

Prezident təqaüdçülərinin sayına görə ölkə rekordunu yenilədik, iki yeni ixtisas açdıq, məzunlarımızın məşğulluq göstəricilərinə görə lider universitet seçildik. Tələbələrimiz beynəlxalq müsabiqələrdə və proqramlarda uğurla iştirak etdilər, BANM ilk dəfə “THE Impact Rankings 2025” reytinqində yüksək nəticə əldə etdi.

2025-ci ildə beynəlxalq əməkdaşlıqları genişləndirdik, institusional və proqram akkreditasiyası sahəsində mühüm addımlar atdıq.

Əldə olunan hər bir uğur böyük zəhmətin bəhrəsidir. Uğurlarımızda payı olan hər kəsə təşəkkür edirəm.

Bayramlarınız mübarək!"

175527

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov:

"Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni iliniz mübarək!"

175528

 

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev:

"Dəyərli dostlar!

Hörmətli universitet kollektivi, əziz tələbələr!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik və bərabərliyimizin, Vətənə bağlılığımızın təntənəsidir. Bu əlamətdar gün dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları eyni amal, eyni məqsəd ətrafında birləşdirir.

Geridə qoyduğumuz il Naxçıvan Dövlət Universiteti üçün uğurlar, yeniliklər və mühüm nailiyyətlərlə yadda qalmışdır. Bu uğurların əldə olunmasında əməyi olan professor-müəllim heyətinə, əməkdaşlara və tələbələrə təşəkkürümü bildirirəm.

Yeni ilin hər birinizə möhkəm cansağlığı, ailə səadəti, elm və təhsildə yeni nailiyyətlər, ölkəmizə isə davamlı inkişaf və firavanlıq gətirməsini arzulayıram. Qoy həmrəylik ruhu daim bizi birləşdirsin, yeni il ümidlərimizi gerçəkləşdirən bir il olsun.

Bayramınız mübarək!"

175529

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev:

"Hörmətli həmkarlar, dəyərli tələbələr, əziz dostlar!

Hər binizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə ürəkdən təbrik edir, 2026-cı ildə daha böyük nailiyyətlər arzu edirəm!

Bayramınız mübarək!"

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov:

"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!"

175525

 

 

 

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox