Azedu.az

Rektor: Biz Azərbaycan universitetlərini rəqib kimi yox, tərəfdaş kimi görürük

Rektorlar

Universitetlər

30 Dekabr 2025, 12:17
Rektor: Biz Azərbaycan universitetlərini rəqib kimi yox, tərəfdaş kimi görürük

"Ən böyük planlarımdan biri BANM-i dünyanın ən nüfuzlu reytinq sıralarına daxil etməkdir"

Bu fikri AzEdu.az-a geniş müsahibəsində BANM-in rektoru Elmar Qasımov bildirib.

Rektor ölkəmizi yüksək reytinqdə təmsil etməyin əsas arzusu olduğunu dilə gətirib:

"Təbii ki, digər prioritetimiz vətənimizə layiqli vətəndaşlar yetişdirməkdir. Biz tələbələrimizi yalnız bilikli deyil, həm də vətənpərvər, dövlətə sədaqətli və vətənini sevən kadrlar kimi hazırlayırıq. Onlara hər zaman deyirik:”Siz ölkəmizin intellektual əsgərlərisiniz”.

Biz Azərbaycan universitetlərini rəqib kimi yox, tərəfdaş kimi görürük. Layihələrimizdə onları da cəlb edirik. Məsələn, Sumqayıt Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edirik. NDU ilə birgə Kibertəhlükəsizlik ixtisasını açmışıq. Bütün rektor həmkarlarımızla  dostluq münasibətlərimiz mövcuddur. Rəqabəti isə daha çox dünyanın nüfuzlu universitetləri ilə aparırıq".

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox