"Bizim bir şüarımız var: “Biz sizi həyata və dünyaya hazırlayırıq"".
Bu fikri AzEdu.az-a geniş müsahibəsində BANM-in rektoru Elmar Qasımov qeyd edib.
"Biz heç vaxt qəbul planının 100 faiz dolması uğrunda mübarizə aparmırıq. Bu, bizim üçün nə prioritet, nə də hədəfdir. Biz hesab edirik ki, yüksək səviyyədə keyfiyyətli təhsil təqdim etsək, abituriyentlər onsuz da bizi seçəcəklər. Hədəfə çatmağın yolu da məhz keyfiyyətdən keçir. Əgər tələbələrin gözləntilərini doğrultmasaq, qəbul göstəricilərinin yüksək olması mümkün deyil.
BANM tələbə yönümlü ali məktəbdir, lakin bu o demək deyil ki, dərsə qarşı məsuliyyətsizlik və ya qiymətləndirmədə subyektivlik kimi hallara yol verilir. Əksinə, BANM-a qəbul olmaq da, burada oxumaq da, buranı bitirmək də çətindir. Amma tələbələr bilirlər ki, buranı bitirdikdən sonra karyera imkanlarını ən yüksək səviyyədə təmin edə biləcəklər",-deyə rektor fikrini tamamlayıb.