Azedu.az

Qərbi Azərbaycanla bağlı dərs vəsaitləri nəşr olunacaq

Rektorlar

22 Dekabr 2025, 11:27
Qərbi Azərbaycanla bağlı dərs vəsaitləri nəşr olunacaq

BDU-da fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi Qərbi Azərbaycanla bağlı dərs vəsaitlərinin nəşr olunmasını qarşısına məqsəd qoyub.

AzEdu.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetdə baş tutan "Böyük yolun davamı" adlı konfransda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu mərkəz həm elmi tədqiqatların aparılmasına, müvafiq təlimlərin keçirilməsinə, mədəni irsin həm maddi, həm də qeyri-maddi irsin araşdırılmasına çalışır:

"Mərkəz qarşısına onların müxtəlif toplular, kitablar və zərurət olduqda dərs vəsaitləri şəklində nəşr olunmasını məqsəd qoyub. Əlbəttə, bu bir günün işi deyil. Bu proses davamlı xarakter daşıyır və bu istiqamətdə hamımızın birlikdə fəaliyyət göstərməsi ən vacib şərtlərdən biridir".

Rektor qeyd edib ki, yeni nəsil, formalaşan nəsil öz kimliyini, tarixini və keçmişini yaxşı bilməli, bu günlə yaşamalı, gələcəyə isə daha böyük ümidlərlə baxmalıdır:

"Bu böyük yolun davamlı olacağına və sürətlə inkişaf edən, qüdrətlənən Azərbaycanımızın qarşısına qoyduğu məqsədlərə cavab verəcəyinə əminəm".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox