Azedu.az

Region şagirdləri dərsə daha çox fokuslanır: yüksək balın SƏBƏBLƏRİ

Region təhsili

1 Dekabr 2025, 15:34
Region şagirdləri dərsə daha çox fokuslanır: yüksək balın SƏBƏBLƏRİ

Kənd məktəblərində və ümumiyyətlə regionlarda əyləncə və vaxt keçirmək üçün yerlər az olduğuna görə şagirdlər daha çox dərsə fokuslanırlar və vaxtlarını dərslərə sərf etmək onlar üçün daha rahatdır.

AzEdu.az-a bu sözləri elm və təhsil eksperti Səbuhi Abdullayev söyləyib.

173504

O qeyd edib ki, artıq regionlarımızda MİQ imtahanında yüksək bal toplayıb öz doğma torpağında çalışan məzunlarımız kifayət qədərdir:

"Həm regionlarda, həm də Bakı məktəblərində yüksək bal toplayan şagirdlərimiz olur. Amma ümumi əhali sayı baxımından nisbət götürəndə regionların daha çox olması mümkündür. Buna aşağıdakı səbəblər təsir edə bilər.

Təbii ki, ilk olaraq qeyd etmək lazımdır ki, bəzi regionlarımız, bəzi kəndlərimiz var ki, orada xüsusi riyaziyyatçılar yetişir. Məsələn, elə kəndlər var ki, riyaziyyatçıların sayı həddindən artıq çoxdur. Çünki həmin kəndin məktəbi və ümumilikdə mühiti riyaziyyata xüsusi diqqətlə yanaşır. Buna görə də oradakı şagirdlər daha yüksək bal toplamağa meyilli olurlar. Bilirsiniz ki, həm buraxılış, həm də qəbul imtahanının birinci-ikinci blokunda riyaziyyat fənni olduğuna görə və ən çox çətinlik yaradan fənn riyaziyyat olduğu üçün, riyaziyyatı qavrayan şagird digər fənləri də daha asan mənimsəyə bilir. Səbəblərdən biri bu ola bilər".

Artıq regionlarımızda xüsusi liseylər var:

"Kənd məktəblərində və ümumiyyətlə regionlarda əyləncə və vaxt keçirmək üçün yerlər az olduğuna görə şagirdlər daha çox dərsə fokuslanırlar və vaxtlarını dərslərə sərf etmək onlar üçün daha rahatdır. Buna görə həm dərsə fokuslandıqları, həm məsuliyyətli olduqları, həm də valideyn nəzarətinin güclü olduğu – məsələn, "Zəif oxusan kənddə qalacaqsan" kimi motivasiyaedici amillər şagirdlərin daha yüksək bal toplamasına şərait yaradır.

Digər bir səbəb isə budur ki, artıq regionlarımızda MİQ imtahanında yüksək bal toplayıb öz doğma torpağında çalışan məzunlarımız kifayət qədərdir. Onlar da səriştəli və peşəkardırlar. Eyni zamanda regionlarımızda xüsusi liseylər var. Məsələn, Kimya-Biologiya liseyi kimi təhsil müəssisələrində istedadlı şagirdlər üçün hər cür şərait yaradılıb. Onlar fənn müsabiqələrində və olimpiadalarda da qalib olurlar.

Bütün bu səbəblər regionlarda nisbətən daha çox yüksək bal toplayan şagirdlərin olmasına gətirib çıxarır".

Putin dünyanı özünə belə güldürdü - ŞOK SÖZLƏR
Son xəbərlərDaha çox