Azedu.az

Mərkəzi Aran bölgəsinin "Örnək müəllim"ləri - ADLAR

Region təhsili

Mərkəzi Aran

24 Mart 2026, 15:20
Mərkəzi Aran bölgəsinin "Örnək müəllim"ləri - ADLAR

AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.

Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.

Fəaliyyət coğrafiyası Mərkəzi Aran regionunu əhatə edən 10 müəllimin siyahısı:

1. Könül Hacıyeva - Göyçay şəhəri, Mehman Muradov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin Fizika müəllimi;

2. Lamiyə Cəfərova - Kürdəmir şəhər, Tofiq İsmayılov adına tam orta məktəbdə fizika müəllimi;

3. Arzu Qocayeva - Ağdaş şəhər, Nizami adına 2 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi;

4. Lamiyə İsmayılova - Ucar rayonu, Qaracallı kənd 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi;

5. Cəmalə İsmayılova - Zərdab rayon, Hüseynxanlı kənd ümumi orta məktəbin Texnologiya müəllimi;

6. Dürdanə Kərimova - Mingeçevir şəhəri, 16 nömrəli məktəbin İngilis dili müəllimi;

7. Gülxanım Musayeva - Yevlax şəhəri, Nizami adına 7 nömrəli tam orta məktəbdə Biologiya müəllimi;

8. Günay Kərimova - Mingəçevir şəhər, 16 nömrəli tam orta məktəbin Biologiya müəllimi;

9. Xəyalə Əliyeva - Mingəçevir şəhər, Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey

10. Səidə Salihova - Göyçay şəhəri, akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin Biologiya müəllimi. 

Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var
Son xəbərlərDaha çox