Azedu.az

Dağlıq Şirvan regionunun “Örnək müəllimlər”i - ADLAR

Region təhsili

Dağlıq Şirvan

18 Mart 2026, 10:38
Dağlıq Şirvan regionunun “Örnək müəllimlər”i - ADLAR

AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.

Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.

Fəaliyyət coğrafiyası Dağlıq Şirvan regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:

1.Vüsal Nəcəfov - Ağsu rayon, M.Kərimov adına Növcü kənd tam orta ümumtəhsil məktəbində Tarix müəllimi;

2. Vəfa Baxışova - Ağsu şəhər, Soltan Umbayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Biologiya müəllimi;

3. Aygün Ağayeva - Qobustan rayonu, Cəyirli kənd tam orta məktəbində İbtidai sinif müəllimi;

4. Zümrüd Bünyadova - Qobustan rayon, Göydərə kənd ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi;

5. Vüsalə Məlikova - Şamaxı Avropa Liseyinin İbtidai sinif müəllimi; 

6. Şəlalə İbrəhimova -Şamaxı şəhər, 9 nömrəli tam orta məktəbdə İnformatika müəllimi;

7. Fatimə Əlizadə - Şamaxı rayonu, Qaleybuğurd kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;

8. Qədir Məmmədov - İsmayıllı rayonu, İstisu kənd tam orta ümumtəhsil məktəbində İbtidai sinif müəllimi;

9. Şəfəq Şəfaqətova - İsmayıllı şəhər, Natiq Behdiyev adına 6 saylı tam orta məktəbdə Tarix müəllimi;

10. Şakir Həmzəyev - İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Coğrafiya müəllimi.

Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...
Son xəbərlərDaha çox