İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.
Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.
AzEdu.az Abşeron-Xızı iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.
Qeyd edək ki, Abşeron-Xızı iqtisadi rayonuna Sumqayıt, Abşeron və Xızı rayonları daxildir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmub.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almıb. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirib.

Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
1974-84-cü illərdə orta ümumtəhsil məktəbində təhsil alıb. 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya-biologiya" fakültəsinə daxil olub. 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib.

Xızı rayon İcra Hakimiyyəti Başçısı Xəzər Aslanov 06 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub.
Lakin, Xəzər Aslanovun təhsili ilə bağlı heç bir məlumat əldə edə bilmədik.