Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sıra məktəb və lisyelərində yeni direktor təyinatları var.
AzEdu.az-a bu barədə Gəncə-Daşkəsən RTİ-dən məlumat verilib.
Belə ki, Cəbrayılova Təranə Elman qızı - Göygöl rayonu Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə;
İmranov Nail Bahadur oğlu - Gəncə şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru vəzifəsinə;
Bayramov Duman Raquf oğlu - Daşkəsən rayonu Gündüz İsmayılov adına Aşağı Daşkəsən kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilib.