Son illər ölkəmizdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan təhsil müəssisələrinə şəhidlərin adının verilməsi onların qəhrəmanlıq yolunun gənc nəsillərə aşılanmasında xüsusi əhəmiyyət daşıyır. Regionlarda bu istiqamətdə görülən işlər isə cəmiyyətin daim diqqət mərkəzindədir.
Maraqlıdır, regionlarda fəaliyət göstərən neçə məktəb şəhid adını daşıyır?
Mövzu ilə əlaqədar AzEdu.az Təhsil Portalı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, şimal-qərb bölgəsi üzrə 5 ümumtəhsil müəssisəsinə II Qarabağ müharibəsində şəhid olmuş şəxslərin adı verilib.