Azedu.az

Quba-Xaçmazın "Örnək müəllim"ləri - SİYAHI

Quba-Xaçmaz

31 Mart 2026, 10:21
Quba-Xaçmazın "Örnək müəllim"ləri - SİYAHI

AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.

Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.

Fəaliyyət coğrafiyası Quba-Xaçmaz regionunu əhatə edən 10 müəllimin siyahısı:

1.Elmar Zeynəddinov- Quba şəhər, Tələt Mikayılov adına tam orta məktəbdə Coğrafiya müəllimi;

2. Samirə Məmmədzadə - Siyəzən şəhər, 6 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi;

3. Aida Nəcəfi - Siyəzən şəhər, 1 nömrəli tam orta məktəbdə kimya müəllimi;

4. Leyla Ələskərova- Quba rayonu, İkinci Nügədi kənd Oktay Məmmədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində fizika müəllimi;

5. Lətafət Həsənova - Şabran şəhəri, Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;

6. Aygül Orucova - Şabran şəhər, 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi;

7. Fariz Laçınov - Qusar rayonu, S. Hacıyev adına 5 saylı tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;

8. Həmid Kazımzadə - Xaçmaz şəhər, 9 nömrəli tam orta məktəbdə kimya və STEAM müəllimi;

9. Jalə Məmmədova - Xaçmaz rayonu, Alıcqışlaq kəndi tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

10. Nürəddin Yüzbəyov - Qusar rayonu, Kərim Kərimov adına Hil kənd 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi.

İrandan ŞOK HÜCUM - Türkiyəyə daha bir raket zərbəsi
Son xəbərlərDaha çox