Ümumi təhsil orta məktəblərinin adlarında bəzən müxtəlif səbəblərdən dəyişikliklər müşahidə olunur.
Maraqlıdır, bu günə qədər adları dəyişən orta məktəblər hansılardır?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, ümumilikdə 7 məktəbin adında dəyişilik olub:
Belə ki, Quba rayonu Əliheydər Rüstəmov adına Zizik kənd tam orta ümumtəhsil məktəbi- Quba rayonu Əliyar Rüstəmov adına Zizik kənd tam orta ümumtəhsil məktəbi, Xınalıq kənd ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi- Rəfayıl Kəlbiyev adınaXınalıq kənd ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, Xanəgah kənd ümumi orta ümumtəhsil məktəbi-Əflatun Cabbarov adına Xanəgah kənd ümumi orta ümumtəhsil məktəbi,Qrızdəhnə kənd ümumi orta ümumtəhsil məktəbi-Habil Qənbərov adına Qrızdəhnə kənd ümumi orta ümumtəhsil məktəbi,Mirzəqışlaq kənd tam orta ümumtəhsil məktəbi- Zülfi Məmmədov adına Mirzəqışlaq kənd tam orta ümumtəhsil məktəbi,Yerfi kənd ümumi orta ümumtəhsil məktəbi- Kamil Əlipənahov adına Yerfi kənd ümumi orta ümumtəhsil məktəbi və Siyəzən rayonu Gilgilçay stansiya tam orta məktəbi- Siyəzən rayonu Yenikənd kənd ümumi orta ümumtəhsil məktəbin adında dəyişiklik edilib".