Ümumi təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin artırılması və kadr potensialının gücləndirilməsi məqsədilə yeni direktor təyinatları həyata keçirilib. Cari ilin yanvar-sentyabr ayları ərzində keçirilən müsabiqələrin və seçim mərhələlərinin nəticələrinə əsasən, bir sıra məktəblərə yeni direktorlar təyin olunub.
Maraqlıdır, bu il ümumi təhsil müəssisələrinə (orta məktəblərə) direktor vəzifəsinə neçə nəfər təyin edilib?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq İdarədən bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə 13 yeni direktor təyinatı həyata keçirilib.
Gədəbəy rayonu Kiçik Qaramurad kənd Nizami Gəncəvi adına tam orta məktəbi;
Gədəbəy rayonu Səbətkeçməz kənd tam orta ümumtəhsil məktəbi;
Gədəbəy şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbi;
Qazax rayonu Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbi;
Qazax rayonu Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta ümumtəhsil məktəbi;
Qazax şəhəri Namiq Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi;
Şəmkir rayonu Bəylər Rəhimov adına Talış kənd ümumi orta ümumtəhsil məktəbi;
Şəmkir rayonu İrmaşlı kəndi Vüqar Alırzayev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi;
Şəmkir rayonu İsrafil Mehdixanov adına Yuxarı Seyfəli kənd tam orta ümumtəhsil məktəbi;
Şəmkir rayonu Sayad Vəliyev adına Çənlibel kənd tam orta ümumtəhsil məktəbi;
Tovuz rayonu Araz Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbi;
Tovuz rayonu Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbi;
Tovuz rayonu Məşədilər kənd tam orta ümumtəhsil məktəbi.
Yeni direktorların qarşısında təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəb mühitinin sağlamlaşdırılması və innovativ idarəetmə mexanizmlərinin tətbiqi kimi mühüm vəzifələr qoyulub.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, şəffaf seçim mexanizmləri əsasında aparılan bu təyinatlar regionda təhsilin inkişafına müsbət təsir göstərəcək.