Azedu.az

Təhsil sektorunun vəfat edən əməkdaşının dəfn yeri AÇIQLANDI - YENİLƏNİB

Qarabağ

24 Dekabr 2024, 10:56
Təhsil sektorunun vəfat edən əməkdaşının dəfn yeri AÇIQLANDI - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı Nəcəf Həsənov dekabrın 23-də beyninə qan sızması səbəbindən vəfat edib. 

 

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, N.Həsənov Naftalanda dünyasını dəyişən yaxınlarının yanında dəfn olunacaq. 

 

10:59

Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı Həsənov Nəcəf dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib.

Bu barədə AzEdu.az-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək.

İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox