AzEdu.az Təhsil Portalı artıq bir neçə ildir ki, nümunəvi fəaliyyəti ilə seçilən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə "Örnək müəllim" layihəsini həyata keçirir.
Layihənin əsas məqsədi pedaqoji fəaliyyəti ilə fərqlənən müəllimləri ön plana çıxarmaq, onların təcrübəsini paylaşmaq və təhsil ictimaiyyətinə təqdim etməkdir.
Belə ki, fəaliyyəti və peşəkarlığı ilə seçilən paytaxt üzrə 30, hər regional təhsil idarəsi üzrə 10, Naxçıvan üzrə isə 20 təhsilverən 2025-ci ilin “Örnək müəllim”i adına layiq görülüb.
Fəaliyyət coğrafiyası Qarabağ regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:
1. Birliyant Aslanova - Füzuli rayon, Qarabağ kənd tam orta məktəbinin İnformatika müəllimi;
2. İlham Salmanov - Şuşa 1 saylı orta məktəbdə Riyaziyyat müəllimi;
3. Aytən Bayramova - Bərdə şəhər, Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi;
4. Gülşən Səlimova - Ağcabədi şəhər, Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin Coğrafiya müəllimi;
5. Rəksanə Məmmədova - Ağdam rayonu Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbin ingilis dili müəllimi;
6. Əminə Əliyeva - Xankəndi şəhər 4 mömrəli tam orta məktəbin riyaziyyat müəllimi;
7. Təranə Zeynalova - Tərtər şəhər, 1 nömrəli tam orta məktəbdə informatika müəllimi;
8. Günay Babayeva - Xocavənd rayon 2 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;
9. Tamella Bilalova - Xocalı şəhər 1 nömrəli tam orta məktəbin Tarix müəllimi;
10. Ziyafət Quliyeva - Bərdə şəhər, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə Fizika müəllimi.