“Peşə təhsilinə marağın artırılması cəmiyyət üçün əsas hədəflərdən biri olaraq müəyyənləşdirilməlidir. Hazırda 2027–2030-cu illəri əhatə edəcək növbəti Sosial-İqtisadi İnkişaf Proqramının konsepsiyası üzərində işləyirik”.
AzEdu.az xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Elm, ali, peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman deyib.
O qeyd edib ki, təkliflər həm hökumətə, həm də ictimaiyyətə təqdim olunub:
“Oxşar müzakirələri biz artıq ali təhsil müəssisələri ilə apardığımız kimi, orta ixtisas təhsili müəssisələri, kollec və texnikumlarla da aparmışıq. Növbəti ilin yanvar ayından etibarən qanunvericilik bazasının yenilənməsi və normativ-hüquqi aktların hazırlanması ilə bağlı təşəbbüslər də müzakirə ediləcək”, - deyə o bildirib.