Süni intellektin sürətli inkişafı nəticəsində növbəti on il ərzində tamamilə yeni peşələr olacaq.
AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev "Bir peşənin sirri" festivalında bildirib.
O qeyd edib ki, peşə təhsilinə maraq hər gün daha da artır:
"Eyni zamanda məktəblərdə peşəyönümlü siniflərin yaradılması dövlətin bu sahənin inkişafına verdiyi böyük önəmi göstərir. Həmin siniflərdə təhsil alanlar zamanın tələbinə uyğun şəkildə yetişdirilir və formalaşdırılır. Süni intellektin sürətli inkişafı nəticəsində aparılan araşdırmalar göstərir ki, növbəti on il ərzində bizi tamamilə yeni peşələr gözləyir. Bu dəyişikliklər fonunda hər birimizin bir neçə sahə üzrə bacarıq qazanması gələcək həyatımız üçün son dərəcə önəmlidir. Bu baxımdan, peşə təhsili bizə geniş imkanlar yaradır. Bütün məktəb və şagirdləri bu imkanlardan düzgün istifadə etməyə, öyrənməyə və inkişaf etməyə dəvət edirəm".