Azedu.az

Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH

Peşə təhsili

24 Mart 2026, 12:19
Peşə məktəblərinə qəbul qaydaları - ətraflı İZAH

Son illər Azərbaycanda peşə təhsilinə maraq xeyli artıb.

AzEdu.az-ın Peşə Təhsili üzrə Dövlət Agentliyindən əldə etdiyi məlumata görə, peşə təhsili müəssisələrinə tələbə qəbulu tədris ili başa çatdıqdan sonra yay aylarında elan olunur.

Peşə təhsili almaq istəyən şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət edə bilərlər. Qəbul prosesi həm ümumi, həm də tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatdakı müvafiq fənlər üzrə qiymətlərinin orta balına, yüksək texniki peşə səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsinə əsaslanır. Hər bir namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Nəticələr “Şəxsi kabinetim” bölməsində yerləşdirilir və SMS vasitəsilə də təqdim olunur. Uğur qazanan abituriyentlər sənədlərini müəssisələrə təqdim etmək üçün dəvət alacaqlar.

Elektron qeydiyyat zamanı tələb olunan sənədlər: şəxsiyyəti təsdiq edən sənəd, təhsil haqqında sənəd (attestat) və xüsusi hallarda əlilliyi və valideyn himayəsindən məhrum olmanı təsdiq edən sənədlərdir.

Peşə təhsilində mövcud ixtisaslar:

Sənətşünaslıq, mədəniyyət və incəsənət;

İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə;

Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı;

Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları;

Metallurgiya, maşınqayırma və metal emalı;

Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri;

Kimyəvi və biokimyəvi texnologiya;

İlkin tələbat və ərzaq mallarının texnologiyası;

İnşaat və arxitektura;

Digər sahələr üzrə texniki və peşə ixtisasları.

Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var
Son xəbərlərDaha çox