Azedu.az

Naxçıvanda peşə təhsili alanların sayı 14 faiz artıb

Peşə təhsili

18 Fevral 2026, 15:02
Naxçıvanda peşə təhsili alanların sayı 14 faiz artıb

Peşə təhsili pilləsi üzrə fəaliyyət göstərən 3 təhsil müəssisəsində hazırda 43 qrup üzrə tədris təşkil olunur. Müəssisələrdə 75 nəfər təhsil verən çalışır, ümumilikdə isə 685 tələbə təhsil alır.

AzEdu.az-a bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2025-ci ildə görülmüş işlərin nəticələri, 2026-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında məlumat verilib. 

Bildirilib ki, qəbul planına əsasən, 2024–2025 və 2025–2026-cı tədris illərinin hər birində 27 adda ixtisas üzrə 35 qrupda 700 plan yeri ayrılıb.

Statistik göstəricilərə görə, 2024–2025-ci tədris ilində peşə təhsili  müəssisələrinə qəbul olan tələbələrin sayı 462 nəfər (66 faiz) olduğu halda, 2025–2026-cı tədris ili üzrə bu göstərici 562-yə (80 faiz) yüksəlib. Beləliklə, tələbə qəbulunda 14 faiz artım müşahidə olunub.

Rusiyada dəhşətli partlayış - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox