Azedu.az

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub

Peşə təhsili

18 Dekabr 2025, 17:13
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru İlqar Bayramlı kollektivə təqdim edilib.

Bu abrədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İlqar Bayramlını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir peşə təhsilinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynadığını qeyd edərək bu sahədə həyata keçirilən islahatlar və qarşıdakı dövr üçün əsas prioritetlər barədə danışıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələri xüsusi qeyd edib, həmçinin işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən İlqar Bayramlı göstərilən etimada görə təşəkkür edib, agentliyin fəaliyyətinin dövlət siyasətinə uyğun şəkildə daha da təkmilləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox