Dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 11 min 238 müraciət daxil olub.
BŞTİ-dən AzEdu.az-a bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5381 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2400 müraciət daxil olub.
BŞTİ-yə 3129 sənəd (vətəndaşlar tərəfindən 1 228 ərizə, Elm və Təhsil Nazirliyindən 444, digər qurumlardan 303, tabelikdə olan təhsil müəssisələrindən 521 məktub və 633 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 328 elektron müraciətə baxılıb.
Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.