Bakı şəhəri 49 nömrəli İntellekt məktəb-liseyinin I–IV sinif şagirdləri arasında “Ən kreativ qutu” müsabiqəsi keçirilib.
AzEdu.az xəbər verir ki, müsabiqədə ibtidai sinif şagirdləri böyük həvəslə iştirak edərək öz yaradıcılıq bacarıqlarını, fantaziyalarını və estetik zövqlərini nümayiş etdiriblər. Şagirdlərin əl işləri məktəbin foyesində sərgilənib. Müsabiqə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Müsabiqənin qalibləri sertifikatlarla təltif olunublar. I yerin qalibi – “Şuşada Yeni il" adlı milli ruhu əks etdirən kreativ kompozisiya seçilib.
Müsabiqədə münsiflər heyəti kimi məktəb rəhbərliyi iştirak edib. Qiymətləndirmə əvvəlcədən təqdim olunmuş meyarlar əsasında aparılıb. Bu cür müsabiqələr şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılmasına, milli dəyərlərə bağlılığın aşılanmasına və estetik zövqün formalaşmasına xidmət edir.