Azedu.az

STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir

Paytaxt təhsili

Bakı şəhəri üzrə Təhsil İdarəsi

22 Dekabr 2025, 11:42
STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 219 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.

İdarədən AzEdu.az-a verilən məlumata görə, layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 7 109 sinif üzrə 200 minə yaxın şagirdi əhatə edir.

Layihə çərçivəsində keçirilən STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. Onlardan 43 nəfər I, 65 nəfər II, 49 nəfər III yerə layiq görülüb. 108 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox