Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-03 11:31:18
Dövlət qulluğuna qəbul imtahanında sənədlər bu qaydada təqdim olunmalıdır – Zəruri bilgilər  

Dövlət qulluğuna qəbul test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı onlayn, həm də yazılı formada həyata keçirilir.

16  yaşına çatan, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər  birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin  tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilə bilərlər.

Bəs, xarici ölkədə təhsil alanlar dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün sənədlərini hansı qaydada təqdim etməlidirlər?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, namizəd Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunan  Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı  çərçivəsində xaricdə təhsil alıbsa, bu zaman barəsində dövlət qulluğuna qəbulla bağlı  “Dövlət qulluğu haqqında”  Qanunun  28.1-ci maddəsi tətbiq edilmir.

Bu şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidirlər. Sənədlər təqdim edildikdən sonra həmin şəxslər 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri həmin şəxsləri stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

Qeyd: 28.1-ci maddə: Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Yəni, dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər Azərbaycanda dövlət qulluğuna qəbul olunarkən Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanından və müsahibə mərhələsindən azaddırlar.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları