Azedu.az

Günəşdə güclü partlayışlar olacaq

Xəbərlər

29 Noyabr 2025, 09:01
Günəşdə güclü partlayışlar olacaq

Alimlər bu gecə günəş partlayışlarının sayında və gücündə kəskin artım proqnozlaşdırırlar.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Məlumata görə, bu, Günəşin Yerə baxan tərəfində bir neçə yeni böyük aktiv mərkəzin yaranması ilə əlaqədardır.

Bildirilir ki, son 24 saat ərzində günəşdən şüa axınları təxminən beş dəfə artıb. Bundan əlavə, kiçik və orta partlayışların tezliyi çoxalıb ki, bu da partlayış enerjisi ehtiyatlarının sürətlə artdığını göstərir.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox