Azedu.az

Naxçıvan Müəllimlər İnstitutu bağlanacaq? - Nazirdən AÇIQLAMA

Universitetlər

28 Noyabr 2025, 16:41
Naxçıvan Müəllimlər İnstitutu bağlanacaq? - Nazirdən AÇIQLAMA

Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.

AzEdu.az xəbər verir ki, bu barədə Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, hazırda belə bir qərar yoxdur: "Azərbaycandakı mövcud qaydalara uyğun olaraq həm Naxçıvan Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu ali təhsil müəssisəsi kimi fəaliyyətlərini davam etdirirlər".

Qeyd edək ki, son günlər Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı, bundan sonra Muxtar Respublikada yalnız Naxçıvan Dövlət Universitetinin (NDU) fəaliyyət göstərəcəyi ilə bağlı iddialar yayılıb.

SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır
Son xəbərlərDaha çox