Azedu.az

Dərs vaxtı yatmaq daha faydalı imiş - Professor izah edir

Məktəblər

2 Yanvar 2019, 11:00
Dərs vaxtı yatmaq daha faydalı imiş - Professor izah edir

Türkiyəli həkim, professor Himət Yıldız yuxunun önəmindən danışıb.

AzEdu.az Sputnik.az-a istinadən bildirir ki, professor dərs zamanı bir neçə dəqiqəlik yatmağın şagirdlərə faydasından danışıb: "Şagirdlər dərs müddətində telefonla oyun oynayıb, mahnı dinləməkdənsə, bir neçə dəqiqəlik mürgüləsələr, daha çox nailiyyət əldə edə bilərlər. Bu zaman onlar öyrəndiklərini hafizələrində daha da möhkəmləndirmiş olacaqlar".

Bundan başqa həkim bağça uşaqlarının 10, orta məktəb uşaqlarının 9, kollec şagirdlərinin isə 8 saat yatmasının vacibliyini vurğulayıb.

"Normal yatan uşaqlar biliyi daha asan qavraya bilirlər. Onların hafizəsi digərləri ilə müqayisədə daha möhkəmdir" - deyə professor əlavə edib.
Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox