Azedu.az

Sığınacaqda 4-cü mərtəbədən yıxılan yeniyetmə ölüb

Xəbərlər

20 Noyabr 2025, 14:00
Sığınacaqda 4-cü mərtəbədən yıxılan yeniyetmə ölüb

Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.

AzEdu.az xəbər verir ki, hadisə noyabrın 19-da baş verib.

Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.

Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox