Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-01 17:33:00
Şahmatçılarımızın yeni reytinqi açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

AzEdu.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, dekabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki (2817) yerini qoruyub. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç, 2835) 18, Fabiano Karuanadan isə (ABŞ, 2828) 11 xal geri qalır.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 21-ci (2734), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2681) 62-ci, Qədir Hüseynov (2664) isə 81-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422) 49-cu, Xanım Balacayeva 65-ci (2397), Gülnar Məmmədova isə 2368 xalla 99-cudur.