Gəncədə 17 yaşlı piyadanın ölməsinin bəzi təfərrüatları məlum olub.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə. Qurbanov "VAZ 2107"-in sürücüsü Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə. Fərzəliyevlə mübahisə edib.
Mübahisədən sonra Ə. Qurbanov sürücü Ə. Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib.
Ə. Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə. Fərzəliyevin "VAZ 2107" ilə onu qəsdən vurduğu bildirilir.
Ağır xəsarət alan Ə. Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.
Məlumata görə, 17 yaşlı Ə. Qurbanov hadisə baş verən gün Ə. Fərzəliyevin avtomobilini qaçırıbmış.
Hadisədən sorna "VAZ 2107"-in sürücüsü polisə təslim olub.
Ə. Qurbanovun atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
09:01
Gəncədə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı Ə. Qurbanovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.