Azedu.az

Qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb

Məktəblər

13 Noyabr 2025, 11:56
Qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb

Son 5 ildə qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, belə məktəblərin sayı 1000-dən 400-ə enib: “6-7 il ərzində qəzalı məktəb probleminin tamamilə və ya əsaslı şəkildə həlli planlaşdırılır. 2025-ci ildəd dövlət əsaslı vəsait hesabına yeni məktəblərin tikintisi və əsaslı təmir işləri həyata keçirilib. 47 təhsil müəssisəsində tikinti-quraşdırılma işləri aparılıb, 20 təhsil müəssisinin tikintisi başa çatıb”.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox