Azedu.az

Günəşin parıltısında gizlənən nəhəng asteroid kəşf edildi

Maraqlı

11 Noyabr 2025, 09:58
Günəşin parıltısında gizlənən nəhəng asteroid kəşf edildi

Astronomlar Günəşin parlaq işığı səbəbindən indiyədək müşahidə edilməyən nəhəng asteroidi aşkar ediblər.

AzEdu.az xəbər verir ki, “Live Science”ın məlumatına görə, alimlər göydələn ölçüsündə olan bu asteroidin Günəşə yaxın orbitdə hərəkət etdiyini bildiriblər. O, indiyə qədər qeydə alınan ən sürətli və Günəşə ən yaxın asteroidlərdən biri hesab olunur.

Tədqiqatçılar bildirirlər ki, bu kəşf Günəşə yaxın obyektlərin izlənməsi və potensial toqquşma risklərinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox