Azedu.az

Mütəxəssis: Azərbaycanda pedaqogika sahəsində elmi ədəbiyyat çatışmır 

Müəllimlər və elm adamları

7 Noyabr 2025, 17:06
Mütəxəssis: Azərbaycanda pedaqogika sahəsində elmi ədəbiyyat çatışmır 

Azərbaycanda pedaqogika sahəsində elmi vəsaitlərin çatışmazlığı, tədris prosesində müasir yanaşmaların azlığı hələ də ciddi problem olaraq qalır.

Bu barədə təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, pedaqoji təhsil müəssisələrində müasir idarəetmə yanaşmalarını və dərs planlaşdırma modellərini əhatə edən fənlərin tədrisi vacibdir:

“Azərbaycanda pedaqogika sahəsi ilə əlaqədar kifayət qədər elmi vəsait yoxdur. Pedaqoji təhsil verən müəssisələrdə mütləq şəkildə aşağıdakı mövzular üzrə kitablar tədris olunmalıdır:

Ümumi mənada təhsilin idarə olunması; Məktəbin idarə olunması; Sinfin idarə olunması; Ali təhsilin idarə olunması; Dərsin planlaşdırılması; Dərsin qiymətləndirilməsi və s.

Bunlar hamısı ayrılıqda elmi ədəbiyyatlardır. Xarici dildə bu sahədə çoxlu vəsait tapmaq mümkündür, lakin Azərbaycan dilində vəziyyət fərqlidir, materiallar çox azdır".

Pedaqoji elmlərin inkişafı baxımından Azərbaycan Qərb ölkələrindən təxminən 50 il geri qalır:

“Təhsilin sosiologiyası, psixologiyası, fəlsəfəsi, iqtisadiyyatı, siyasəti bizim üçün yeni mövzulardır. Bu sahələr üzrə nə professor, nə də geniş elmi baza var. Bunun üçün kimisə günahlandırmaq da doğru deyil. Sovet dönəmində bu istiqamətlər ümumilikdə ‘Pedaqogika’ anlayışı altında cəmlənirdi. Ona görə də bizdə ayrıca istiqamətlərin inkişafı baş vermədi. Halbuki, həmin illərdə Qərb ölkələrində bu sahələrdə elmi araşdırmalar aparılırdı".

Bu sahələr üzrə elmi ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi işinə start verilməlidir. Eyni zamanda o, müəllim hazırlığı prosesində ənənəvi yanaşmaların hələ də üstünlük təşkil etdiyini bildirib:

“Hazırda istifadə olunan materialların əksəriyyəti türk və ingilis dillərindən tərcümədir. Təhsil müəssisələrinin bir çoxu isə yenilikləri izləmədiyindən hələ də A.S. Makarenko və K. Uşinski kimi sovet pedaqoqlarının əsərləri ilə kifayətlənirlər. Müasir pedaqogikanı tanımayan müəllimlər yetişir. Bu isə gələcəkdə təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək".

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox