Azedu.az

Məktəblər təyyarə qəzası səbəbilə dərsləri ləğv etdi

Xəbərlər

5 Noyabr 2025, 16:50
Məktəblər təyyarə qəzası səbəbilə dərsləri ləğv etdi

ABŞ-nin Kentukki ştatında yerləşən Jefferson County Public Schools (JCPS) sisteminə daxil olan bütün məktəblərdə dərslər ləğv edilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, qərar Louisville şəhəri yaxınlığında baş verən UPS-ə məxsus yük təyyarəsinin qəzasından sonra qəbul olunub.

Məlumata görə, hadisə zamanı təyyarə eniş zamanı yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Hadisə yerində yanğın baş verdiyi üçün məktəblərin fəaliyyəti təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb.

JCPS rəhbərliyi bildirib ki, qərar şagird və müəllimlərin təhlükəsizliyinin təmin olunması məqsədilə verilib. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Hazırda fövqəladə xidmət orqanları hadisə yerində işlərini davam etdirir. Qeyd olunur ki, dərslərin nə vaxt bərpa olunacağı barədə əlavə məlumat sonradan açıqlanacaq.

Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu
Son xəbərlərDaha çox