Lənkəran Dövlət Universitetində LDU) “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci il üçün İş Planı”nın icrası ilə əlaqədar olaraq tələbələr üçün narkomaniya əleyhinə maarifləndirici seminar keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq narkomaniyanı son əsrlərin ən dəhşətli bəlası adlandırıb, yayılma səbəblərindən danışıb, bu zərərli vərdişə qarşı profilaktik tədbirlərin görülməsinin, maarifləndirici seminarların keçirilməsinin vacibliyindən söz açıb.
Seminarda Pedaqogika, psixologiya və incəsənət kafedrasının müəllimi, psixoloq Günay Əsədova narkomanlığın və narkotik vasitələrin yaratığı psixoloji və fizioloji asılılığın səbəbləri, nəticələri, qorunma yolları barədə iştirakçıları ətraflı məlumatlandırıb. Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dos.Afaq Qasımova, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı, dos. Elman Mirzəyev çıxışlarında narkomaniyanın cəmiyyətdə
törətdiyi dəhşətli fəsadlardan, sosial bəlalardan, insan həyatı üçün yaratdığı təhlükədən danışaraq tələbələri ondan uzaq durmağa, sağlam həyat tərzi sürməyə çağırıblar.
Seminar narkotik vasitələrin cəmiyyət üçün yaratdığı ağır fəsadları əks etdirən video-rolikin nümayişi ilə yekunlaşıb.