Azedu.az

Gəncədə yeniyetmə oğlan çay dərəsinə düşdü - VİDEO

Xəbərlər

5 Noyabr 2025, 08:52
Gəncədə yeniyetmə oğlan çay dərəsinə düşdü - VİDEO

Gəncə şəhəri ərazisində 15 yaşlı oğlan Gəncə çayının dərəsinə düşüb.

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Quluzadə Davud Sabir oğlu ehtiyatsızlıqdan Gəncə çayının dərinliyi təqribən 10 metr olan dərəsinə sürüşüb düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı dərədən çıxararaq xilas ediblər.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox