Azedu.az

Hesablama Palatası: Təhsil Tələbə Kredit Fondunun resurs zərfi real vəziyyətlə uzlaşmır

Xəbərlər

4 Noyabr 2025, 11:04
Hesablama Palatası: Təhsil Tələbə Kredit Fondunun resurs zərfi real vəziyyətlə uzlaşmır

Təhsil Tələbə Kredit Fondunun resurs zərfi real vəziyyətlə uzlaşmır.

AzEdu.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub.

Sənəddə bildirilir ki, sosial-iqtisadi inkişaf strategiyasının bəzi tədbir icraçıları üzrə resurs zərfi düzgün müəyyən edilməyib. Məsələn, rəsmi izahatda tələbə kreditlərinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin tətbiqi üçün 2026-cı ildə 15 milyon manat ayrılması nəzərdə tutulub. Əvvəlki illərdə ayrılmış vəsaitlər də nəzərə alınmaqla, Təhsil Tələbə Kredit Fondunun resurs zərfi ümumilikdə 141 milyon manat kimi göstərilib.

Lakin Hesablama Palatasının Fond üzrə keçirdiyi audit tədbiri (KDMN) zamanı müəyyən olunub ki, 2023-cü ildə 8 milyon manatın, 2024-cü ildə isə daha 8 milyon manatın – ümumilikdə 16 milyon manatın Fonda ayrılması baş tutmayıb.

Palata bu uyğunsuzluğun büdcə resurslarının planlaşdırılmasında reallıqla uyğunluğun təmin olunması baxımından aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox