Azedu.az

BilBacar müsabiqəsinə qeydiyyat başlayıb

Təhsil Nazirliyi

3 Noyabr 2025, 11:05
BilBacar müsabiqəsinə qeydiyyat başlayıb

İbtidai təhsil səviyyəsində tədris aparan bütün məktəblər 3 noyabr 2025-dən etibarən müsabiqəyə qeydiyyatdan keçə bilərlər.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər:

bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə;

Tabe olduqları regional təhsil idarələrinə müraciət etməklə.

Müsabiqə 3 və 4-cü sinif şagirdləri arasında oxu bacarıqlarının inkişafına yönəlib və 4 hazırlıq, 4 yarış mərhələsini əhatə edir.

Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!
Son xəbərlərDaha çox