Azedu.az

Naxçıvanda avtomobil məktəblini vurub

Xəbərlər

28 Oktyabr 2025, 21:44
Naxçıvanda avtomobil məktəblini vurub

Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 74-BA-017 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil piyada zolağında hərəkətdə olan Kəngərli rayonunun Xok kənd sakini, 2010-cu il təvəllüdlü Həsənli Aydan Elşən qızını vurub.

Xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox