“Eko-təqdimatlar” layihəsində 5000-dən artıq şagird iştirak edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi çərçivəsində ekoloji mühazirələr, ekskursiyalar təşkil edilib.
2018-ci ilin mart ayından etibarən 40-dan artıq ümumi təhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib.
Qeyd edək ki, təqdimatlarda 5000-dən artıq şagird iştirak edib.